"Latsio" baş məşqçisi ilə müqaviləni uzatdı

"Latsio" baş məşqçisi ilə müqaviləni uzatdı İtaliyanın "Latsio" klubu baş məşqçi Simone İnzagi ilə yeni müqavilə bağlayıb. "Report"un "Laziali" nəşrinə istinadən məlumatına görə, bu barədə rəsmi açıqlama tezliklə veriləcək.
Futbol
20 Yanvar , 2021 10:05
Latsio baş məşqçisi ilə müqaviləni uzatdı
Simone İnzagi

İtaliyanın "Latsio" klubu baş məşqçi Simone İnzagi ilə yeni müqavilə bağlayıb.

"Report"un "Laziali" nəşrinə istinadən məlumatına görə, bu barədə rəsmi açıqlama tezliklə veriləcək.

Yeni sözləşməyə əsasən, 44 yaşlı mütəxəssis ildə 2,4 milyon avro qazanacaq. Hazırkı sözləşmə 30 iyun 2021-ci ilədək nəzərdə tutulub. İnzagi klubla İtaliya Kuboku və Super Kubokunu qazanıb.

Qeyd edək ki, bu mövsüm "Latsio" İtaliya A Seriyasında 18 oyundan 31 xalla 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi