Türkiyə klubu "Qəbələ"nin legioneri ilə maraqlanır

Türkiyə klubu "Qəbələ"nin legioneri ilə maraqlanır Toqolu yarımmüdafiəçi
Futbol
1970
10 Yanvar , 2019 09:32
Türkiyə klubu Qəbələnin legioneri ilə maraqlanır

Bakı. 10 yanvar. REPORT.AZ/ Türkiyənin "Dənizlispor" klubu "Qəbələ" klubunun futbolçusu Lalavele Atakora ilə maraqlanır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, "xoruzlar" toqolu cinah oyunçusunun transferi istiqamətində fəaliyyətə başlayıb. 29 yaşlı yarımmüdafiəçinin yenidən Türkiyəyə dönməyə müsbət yanaşdığı məlum olub.

Danışıqları davam etdirən "Dənizlispor"un bütün məsələləri yoluna qoyduğu və transferin gerçəkləşməsinin an məsələsi olduğu bildirilir.

Qeyd edək ki, Lalavele Atakora 2013-2014 mövsümündə "Balıkesirspor"da icarə əsasında və 2017-2018 mövsümündə "Adana Dəmirspor"da forma geyinib. O, 2018-ci il iyulun 3-də "Qəbələ" ilə 1+1 illik müqavilə bağlayıb. O, "qırmızı-qaralar"ın heyətində 12 oyuna 1 qol vurub. 

Son xəbərlər

Orphus sistemi