Avropa Liqası: "Keşlə"nin matçı Bakıda keçirilməyə bilər

Avropa Liqası: "Keşlə"nin matçı Bakıda keçirilməyə bilər "Bizim üçün adi oyun olacaq və qarşılaşma azarkeşsiz keçiriləcək. Düşünürəm ki, bu səbəbdən meydan amili matça təsir etməyəcək".
Futbol
11 Avqust , 2020 12:54
Avropa Liqası: Keşlənin matçı Bakıda keçirilməyə bilər

"Bizim üçün adi oyun olacaq və qarşılaşma azarkeşsiz keçiriləcək. Düşünürəm ki, bu səbəbdən meydan amili matça təsir etməyəcək".

"Report" xəbər verir ki, bu fikirləri "Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın "Laçi" klubunun direktoru Naim Halili "Panorama" nəşrinə açıqlamasında deyib.

Funksioner komandasının mərhələ adlayacağına inandığını söyləyib: "Evdə və ya səfərdə oynamağın fərqi yoxdur. Azərbaycan təmsilçisinə qalib gələcək heyətimiz var. Komandamız yaxşı keyfiyyətlərə malikdir".

Klub rəsmisi “Keşlə”ni az da olsa tanıdığını vurğulayıb: "İki il əvvəl Mladen Milinkoviç orada işləyirdi və bəzi matçlarını izləmişəm".

Halili deyib ki, Azərbaycana girişlə bağlı məhdudiyyətlər olduğu üçün, matçın başqa ölkədə keçirilməsi mümkündür: "Hələ də Azərbaycanda oynayacağımızı dəqiq bilmirik. Hər şey koronavirusla bağlı vəziyyətdən asılıdır. Kiprdə və ya İspaniyada oynaya bilərik. Yaxın günlərdə məkan dəqiqləşəcək və hər şey müəyyənləşəcək". 

Qeyd edək ki, "Keşlə" – "Laçi" oyunu avqustun 27-də Bakıda keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi