"Laçi"nin baş məşqçisi: "Keşlə"nin zəif tərəfləri də var"

"Laçi"nin baş məşqçisi: "Keşlə"nin zəif tərəfləri də var" "Son məşqimiz yaxşı keçdi, hər şey normal vəziyyətdə idi. İki həftədən çoxdur ki, hazırlaşırıq. Son gündə "Keşlə" ilə oynayacağımız stadiona uyğunlaşmaq istədik".
Futbol
336
27 Avqust , 2020 13:28
Laçinin baş məşqçisi: Keşlənin zəif tərəfləri də var
Armando Kunqu

"Son məşqimiz yaxşı keçdi, hər şey normal vəziyyətdə idi. İki həftədən çoxdur ki, hazırlaşırıq. Son gündə "Keşlə" ilə oynayacağımız stadiona uyğunlaşmaq istədik". 

"Report"un məlumatına görə, bu fikirləri Albaniyanın "Laçi" komandasının baş məşqçisi Armando Kunqu UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Keşlə" ilə matçdan öncə yerli "Panoramo" nəşrinə müsahibəsində deyib.

47 yaşlı mütəxəssis bildirib ki, futbolçulardan öz oyunlarını sərgiləmələrini tələb edib. Albaniyalı baş məşqçi deyib ki, oyunçuların son mövsümdəki kimi xarakter göstərmələrini gözləyir: "Bu baş verərsə, daha da irəli gedə bilərik. Rəqibin zəif tərəfləri ilə yanaşı, güclü cəhətləri də var. Amma unutmayın ki, komandamız kollektiv şəklində güclüdür".

Kunqu "Qarabağ"ın aybaniyalı sabiq futbolçusu Ansi Aqollidən hansısa məlumat almasına da münasibət bildirib: "Bu idmançıya təşəkkür edirəm. Aqolli hər zaman dostlarına kömək etməyə hazırdır. O, qürur hissi keçirdiyimiz albaniyalıdır". 

Qeyd edək ki, bu gün "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.

Orphus sistemi