La Liqa hakimində koronavirus aşkarlandı

La Liqa hakimində koronavirus aşkarlandı İspaniya La Liqasının oyunlarına təyinat alan futbol hakimi koronavirusa yoluxub.
Futbol
9 İyun , 2020 16:04
La Liqa hakimində koronavirus aşkarlandı

İspaniya La Liqasının oyunlarına təyinat alan futbol hakimi koronavirusa yoluxub. 

"Report" İspaniya Kral Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, çempionatın bərpa qərarından sonra əsas hakimlər və onların köməkçiləri testdən keçib. 

Testinin nəticəsi müsbət çıxan ədalət təmsilçisi təcrid olunub. Bir neçə gün ərzində hakimlərdən növbəti dəfə test götürüləcək. 

Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.

Son xəbərlər

Orphus sistemi