İspaniya çempionatının oyunları azarkeşsiz keçiriləcək

İspaniya çempionatının oyunları azarkeşsiz keçiriləcək Futbol üzrə İspaniya La Liqasının qarşıdakı iki turu azarkeşsiz keçiriləcək.
Futbol
10 mart 2020 11:16
İspaniya çempionatının oyunları azarkeşsiz keçiriləcək

Futbol üzrə İspaniya La Liqasının qarşıdakı iki turu azarkeşsiz keçiriləcək.

"Report"un məlumatına görə, buna yarışın rəhbərliyi qərar verib.

Səbəb kimi koronavirus epidemiyasının yayılması göstərilib. Bu, İspaniya Sequndasının da oyunlarına şamil olunacaq. 

Səviyyəcə ikinci liqada “Albasete”nin heyətində Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov da çıxış edir. Komanda 32-ci turda "Almeriya"nı qəbul edəcək, 33-cü turda isə "Estramadura"nın qonağı olacaq.

Qeyd edək ki, UEFA daha öncə avrokuboklarda bir neçə qarşılaşmanın azarkeşsiz keçiriləcəyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi