La Liqada çıxış etmiş ən yaxşı 3 afrikalıdan biri Azərbaycanda oynayır

La Liqada çıxış etmiş ən yaxşı 3 afrikalıdan biri Azərbaycanda oynayır İspaniya La Liqasında çıxış etmiş ən yaxşı afrikalı futbolçular müəyyənləşib.
Futbol
12 İyun , 2020 09:12
La Liqada çıxış etmiş ən yaxşı 3 afrikalıdan biri Azərbaycanda oynayır

İspaniya La Liqasında çıxış etmiş ən yaxşı afrikalı futbolçular müəyyənləşib. 

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, siyahıda "Səbail"in futbolçusu Maykl Essyen də yer alıb. 

Karyerası ərzində "Real Madrid"in də şərəfini qorumuş 38 yaşlı qanalı yarımmüdafiəçi La Liqa tarixində ən yaxşı üçüncü afrikalı futbolçu hesab olunub. "Barselona"nın kamerunlu sabiq hücumçusu Samuel Eto O ilk, Kataloniya təmsilçisinin keçmiş yarımmüdafiəçisi Yaya Ture ikinci yerdə qərarlaşıb. 

"10-luq"da "Valensiya"nın sabiq futbolçusu Rabah Macer, "Real Madrid"dən Jeremi Njitap, "Barselona"dan Seydu Keyta, "Sportinq Xixon"dan Raşidi Yekini, "Espanyol"dan Tomas N Kono, “Deportivo La Korunya”dan Nureddin Naybet və "Selta"dan Benni Makkarti də yer alıb. 

Qeyd edək ki, 2019-cu ilin martından "Səbail"də çıxış edən Maykl Essyen karyerası ərzində "Çelsi" (İngiltərə) və "Milan" (İtaliya) kimi Avropa nəhənglərinin də formasını geyinib.

Son xəbərlər

Orphus sistemi