La Liqa: "Vilyarreal" "Atletiko"nu məğlub edərək 4-cü pilləyə qalxıb - VİDEO

La Liqa: "Vilyarreal" "Atletiko"nu məğlub edərək 4-cü pilləyə qalxıb - VİDEO Görüş 3:0 hesabı ilə başa çatıb
Futbol
13 Dekabr , 2016 02:24
La Liqa: Vilyarreal Atletikonu məğlub edərək 4-cü pilləyə qalxıb - VİDEO

Bakı. 13 dekabr. REPORT.AZ/ Futbol üzrə İspaniya La Liqasında 15-ci tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son oyununda "Vilyarreal" doğma meydanda "Atletiko Madrid"i qəbul edib.

Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Manuel Triqeros (28-ci dəqiqə), Xonatan dos Santos (38) və Roberto Soriano (90) fərqlənib.

"Vilyarreal" bu qələbə sayəsində "Atletiko"nu geridə qoyub və 26 xal toplayaraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. Madrid klubu 6-cı yerdədir (25 xal).

Son xəbərlər

Orphus sistemi