Futbol üzrə İspaniya çempionatının XIII həftəsi çərçivəsində səfərdə “Rayo Valyekano”ya 3:2 hesabı ilə məğlub olan “Real Madrid” cari mövsümdə turnirdə ilk məğlubiyyətini alıb.
“Report”un məlumatına görə, qaliblərin heyətində Santi Komesana (5-ci dəqiqə), Alvaro Qarsiya (44) və Oskar Trexo (67, penaltidən) fərqlənib. Kral klubunun heyətində isə Luka Modriç (37, penaltidən) və Eder Militao (41) qola imza atıblar.
Beləliklə, “Real Madrid” turun yekununda İspaniya çempionatında liderliyi noyabrın 5-də “Almeriya”ya 2:0 hesabı ilə qalib gələn “Barselona”ya verib. Madridlilər 32, katalonlar 34 xal toplayıb. “Rayo Valyekano” 21 xalla səkkizinci yerdədir.
Növbəti turda – noyabrın 10-da “Real Madrid” “Kadis”i qəbul edəcək.