La Liqa prezidenti sui-istifadə faktına görə istefa verir

La Liqa prezidenti sui-istifadə faktına görə istefa verir Futbol İspaniya La Liqasının prezidenti Xavyer Tebas istefa verməyidüşünür.
Futbol
423
24 İyul , 2020 12:44
La Liqa prezidenti sui-istifadə faktına görə istefa verir
Xavyer Tebas

Xavyer Tebas İspaniyanın iki yüksək divizionunu özündə cəmləyən La Liqanın prezidenti vəzifəsindən istefa verməyi düşünür. 

"Report" COPE radiosuna istinadən xəbər verir ki, bu addıma funksionerin vəzifə səlahiyyətlərindən sui-istifadəsi faktının mətbuatda işıqlandırılması səbəb ola bilər.  

Tebasın 2018-ci ildə hüquqi xidmətləri qarşılığında Sequnda təmsilçisi "Fuenlabrada"dan 130 min avro istədiyi, lakin gəliri bəyan etmədiyi bildirilir. 

Funksioner daha əvvəl oğlunun klubun idarə heyətinə daxil olduğunu açıqlayıb. Lakin həmin vaxt "Fuenlabrada" aşağı liqada çıxış etdiyindən, La Liqanın hüquqi səlahiyyətləri daxilində olmayıb.  

Qeyd edək ki, Xavyer Tebas La Liqanın 2013-cü ildən prezidentidir. O, 2019-cu ildə yenidən 4 il müddətinə bu vəzifəyə seçilib.

Son xəbərlər

Orphus sistemi