La Liqa bərpa olundu, "Sevilya" derbidə qalib gəldi

La Liqa bərpa olundu, "Sevilya" derbidə qalib gəldi Futbol üzrə İspaniya La Liqasında mövsümün qalan hissəsi bərpa olunub.
Futbol
383
12 İyun , 2020 01:59
La Liqa bərpa olundu, Sevilya derbidə qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında mövsümün qalan hissəsi bərpa olunub. 

"Report"un məlumatına görə, XXVIII turun ilk oyun günündə "Sevilya" və "Betis" komandaları üz-üzə gəlib. "Ramon Sançes Pisxuan" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. 

İlk yarıda qapılara qol vurulmayıb. 56-cı dəqiqədə Lukas Okampos penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə isə Fernando ikinci qolun müəllifi olub.

Bu qələbə sayəsində xalını 50-yə çatdıran "Sevilya" 3-cü pillədə möhkəmlənib. "Betis" isə 33 xalla 12-cidir.

Qeyd edək ki, La Liqa qarşılaşmaları azarkeşsiz keçirilir. 

Son xəbərlər

Orphus sistemi