Kvaratsxeliya "Qızıl oğlan" mükafatına namizədlər sırasında

Kvaratsxeliya "Qızıl oğlan" mükafatına namizədlər sırasında Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb.
Futbol
15 İyun , 2021 21:02
Kvaratsxeliya Qızıl oğlan mükafatına namizədlər sırasında

Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb.

"Report"un məlumatına görə, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafat üçün ilk olaraq 100 oyunçudan ibarət siyahı hazırlanıb.

"100-lük"də azərbaycanlı futbolçu yer almayıb. Siyahıda Rusiyanın "Rubin" klubunun hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya və Türkiyə "Beşiktaş"ının qapıçısı Ersin Destanoğlu da var. Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Məşhur futbolçulardan Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Takefuso Kubo ("Real Madrid", İspaniya), Daniel Maldini ("Milan", İtaliya), Camal Musiala ("Bavariya", Almaniya), Bukayo Saka ("Arsenal", İngiltərə) da mükafat uğrunda yarışacaq.

Qeyd edək ki, 2020-ci ildə bu mükafata Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən norveçli hücumçu Erlinq Holann layiq görülüb.

Son xəbərlər

Orphus sistemi