Kvaratsxeliya ardıcıl 2-ci dəfə ilin futbolçusu seçilib

Kvaratsxeliya ardıcıl 2-ci dəfə ilin futbolçusu seçilib Gürcüstanda 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Futbol
29 dekabr 2021 15:44
Kvaratsxeliya ardıcıl 2-ci dəfə ilin futbolçusu seçilib

Gürcüstanda 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" xəbər verir ki, bu ada ardıcıl 2-ci dəfə Rusiyanın "Rubin" klubunun hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya layiq görülüb.

20 yaşlı vinger ölkəsində ötən ilin də ən yaxşısı seçilib.

Qeyd edək ki, Gürcüstan millisinin də formasını geyinən Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Son xəbərlər

Orphus sistemi