"Kukesi" "Qarabağ"la oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib

"Kukesi" "Qarabağ"la oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib Bakı. 21 iyul. REPORT.AZ/ Albaniyanın Kukesi klubu Çempion Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Qarabağ ilə keçiriləcək oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Futbol
21 İyul , 2018 13:17
Kukesi Qarabağla oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib

Bakı. 21 iyul. REPORT.AZ/ Albaniyanın "Kukesi" klubu Çempion Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Qarabağ" ilə keçiriləcək oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Armando Kunqu siyahıya 3 qapıçı, 8 müdafiəçi 7 yarımmüdafiəçi və 4 hücumçu cəlb edib: 

Qapıçılar: Stivi Fraşeri, Faton Maloku, Yetmir Başa

Müdafiəçilər: Yulli Şameti, Rustem Hoxha, Albi Alla, Vanqel Zquro, Haralamb Kayki, Simo Rumbulaku, Edis Malikyi, Villam Kordeyru

Yarımmüdafiəçilər: Donyet Şkodra, Arber Çyorbiya, Vesel Limay, Besar Musolli, Valon Ethemi, İrakli Cariya, Dino Şpehar

Hücumçular: Sebino Plaku, Roqer, Haris Harba, Artur Reginaldo 

Qeyd edək ki, "Qarabağ" klubu ilk matçını səfərdə keçirəcək. İyulun 25-i “Loro Boriçi” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab oyunu isə avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil saat 21:00-da start götürəcək. 

Son xəbərlər

Orphus sistemi