"Kukesi"nin baş məşqçisi və kapitanı "Qarabağ"la oyun barədə danışıb

"Kukesi"nin baş məşqçisi və kapitanı "Qarabağ"la oyun barədə danışıb Bakı. 25 iyul. REPORT.AZ/ Rəqibin gücünü bilirik. Amma futbolda əvvəldən heç nəyi demək olmaz. Qələbə üçün əlimizdən gələni edəcəyik. Amma hər şeyi meydanda göstərmək lazımdır.
Futbol
25 İyul , 2018 08:00
Kukesinin baş məşqçisi və kapitanı Qarabağla oyun barədə danışıb

Bakı. 25 iyul. REPORT.AZ/ "Rəqibin gücünü bilirik. Amma futbolda əvvəldən heç nəyi demək olmaz. Qələbə üçün əlimizdən gələni edəcəyik. Amma hər şeyi meydanda göstərmək lazımdır".

"Report"un məlumatına görə, bunu "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl Albaniyanın "Kukesi" komandasının baş məşqçisi Armando Kunqu mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis bildirib ki, komandasının qələbə qazanmaq üçün potensialı var: "Hər şeydən əvvəl mən futbolçulara və futbolun təməli olan qələbə ruhuna inanıram. Rəqibi tanıyıram. "Qarabağ"ın özünəməxsus oyun üslubu var".

Kapitan Yuli Şameti isə layiqincə mübarizə aparacaqlarını açıqlayıb: "Nəyə görə də növbəti mərhələyə can atmayaq?! Bura gəlmişiksə, deməli, keyfiyyətli komandayıq. Amma biz rəqibi tanıyır, oyun keyfiyyətlərini bilirik. Oyun zamanı əlimizə düşən hər fürsətdən yararlanmağa çalışacağıq".

Qeyd edək ki, bu gün Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda keçiriləcək "Kukesi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi