"Qarabağ"ın futbolçusu badminton turnirinin qalibi olub

"Qarabağ"ın futbolçusu badminton turnirinin qalibi olub O, "Kolleksiyam üçün daha bir kubok" yazıb
Futbol
112
4 Yanvar , 2019 09:44

Bakı. 4 yanvar. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Yakub Jezniçak vətəni Polşada badminton turnirinə qatılıb.

"Report"un məlumatına görə, 33 yaşlı müdafiəçi ölkədaxili yarışın qalibi olub. Fəxri kürsüdəki fotosunu sosial şəbəkədəki hesabından paylaşan Jezniçak "Kolleksiyam üçün daha bir kubok" yazıb.

Qeyd edək ki, Yakub Jezniçak 2017-ci il iyulun 6-dan "Qarabağ"da çıxış edir. Hazırda istirahətdə olan Ağdam komandası mövsümün ikinci yarısına hazırlıq məqsədilə yanvarın 9-da Türkiyənin Antalya bölgəsində bir araya gələcək.   

Son xəbərlər

Orphus sistemi