Kuba millisi koronavirusa görə texniki məğlubiyyət aldı

Kuba millisi koronavirusa görə texniki məğlubiyyət aldı Futbol üzrə Kuba millisi Fransa Qvianasına qarşı CONCACAF Qızıl Kubokunun seçmə mərhələ oyununa buraxılmayıb.
Futbol
5 İyul , 2021 10:17
Kuba millisi koronavirusa görə texniki məğlubiyyət aldı

Futbol üzrə Kuba millisi Fransa Qvianasına qarşı CONCACAF Qızıl Kubokunun seçmə mərhələ oyununa buraxılmayıb.

"Report" "Miami Herald" nəşrinə istinadən xəbər verir ki, buna pandemiya ilə bağlı səyahət məhdudiyyəti səbəb olub.

Matça Nikaraquada hazırlaşan yığma üzvləri viza ala bilmədikləri üçün görüşün keçiriləcəyi ABŞ-ın Florida ştatına uça bilməyiblər. Nəticədə oyun ləğv olunub.

Texniki qələbə qazanan Fransa Qvianası avtomatik olaraq, növbəti mərhələyə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi