Kuarejma karyerasında 3-cü dəfə "Portu"ya qayıtmaq istəyir

Kuarejma karyerasında 3-cü dəfə "Portu"ya qayıtmaq istəyir Türkiyənin Kasımpaşa klubunun futbolçusu Rikardu Kuarejma hazırkı müqaviləsi bitdikdən sonra Portuqaliya Portusuna qayıtmaq istəyir.
Futbol
103
26 Aprel , 2020 22:54
Kuarejma karyerasında 3-cü dəfə Portuya qayıtmaq istəyir

Türkiyənin "Kasımpaşa" klubunun futbolçusu Rikardu Kuarejma hazırkı müqaviləsi bitdikdən sonra Portuqaliya "Portu"suna qayıtmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə 37 yaşlı hücumçunun özü "O Jogo"ya müsahibəsində bildirib. "Portu"ya sevgisini izah etməyin çətinliyindən bəhs edən portuqaliyalı oyunçunun fikrincə, bu kluba keçməsi həyatının ən düzgün qərarıdır: "Mən "Portu" formasında yenidən meydana çıxa bilsəydim, xoşbəxt olardım. Bu kluba qayıtmaq istərdim. Müqaviləm mövsümün sonunda başa çatdıqdan sonra sərbəst ola biləcəyəm. Klub rəsmiləri ilə görüşüm olmalıdır. Amma hazırkı vəziyyətdə bu, mümkün deyil".

Qeyd edək ki, "Kasımpaşa" 2019-cu ilin avqustunda Rikardu Kuarejma ilə 1+1 illik müqavilə bağlayıb. Kuarejma zəngin karyerası ərzində həm "Portu" (2004 - 2008, 2014 - 2015), həm də Türkiyənin "Beşiktaş" (2010 - 2012, 2015 - 2019) klubunun formasını iki ayrı-ayrı vaxtda geyinib. O, klub karyerasında ən böyük uğurunu İtaliya "İnter"i ilə 2009/2010 mövsümündə Çempionlar Liqasının, yığmada isə 2016-cı il Avropa çempionatının qalibi kimi əldə edib. 

Son xəbərlər

Orphus sistemi