Kriştianu Ronaldu yeni rekordlar müəyyənləşdirdi

Kriştianu Ronaldu yeni rekordlar müəyyənləşdirdi İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu yeni rekordlara imza atıb.
Futbol
2148
21 İyul , 2020 09:31
Kriştianu Ronaldu yeni rekordlar müəyyənləşdirdi
Kriştianu Ronaldu

İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu yeni rekordlara imza atıb. 

"Report"un məlumatına görə, 35 yaşlı hücumçu buna A Seriyasının XXXIV turunda "Latsio" ilə matçda nail olub. 

Portuqaliyalı forvard İtaliya çempionatı tarixində 50 qola ən tez çatan futbolçudur. Ronaldu 61 qarşılaşmada 50 dəfə fərqlənib. 

Hücumçu həmçinin İtaliya, İngiltərə və İspaniya çempionatlarında ən az 50 qol vuran ilk oyunçu kimi də tarixə düşüb. 

Ronaldu 1952-ci ildən bəri Turin təmsilçisində bir mövsüm ərzində 30 qol vuran ilk futbolçu olub. 

Qeyd edək ki, "Yuventus" "Latsio"nu 2:1 hesabı ilə məğlub edib. Komandanın hər iki qolunu Ronaldu vurub. 

Son xəbərlər

Orphus sistemi