Kriştianu Ronaldu: "Məni "Yuventus"a belə anlarda kömək etmək üçün çağırıblar"

Kriştianu Ronaldu: "Məni "Yuventus"a belə anlarda kömək etmək üçün çağırıblar" Bu günü xüsusi etmək istəyirdik və bunu bacardıq. Biz təkcə mənim qollarımla yox, komanda oyunu sayəsində buna nail olduq.
Futbol
113
13 Mart , 2019 11:37
Kriştianu Ronaldu: Məni Yuventusa belə anlarda kömək etmək üçün çağırıblar

"Bu günü xüsusi etmək istəyirdik və bunu bacardıq. Biz təkcə mənim qollarımla yox, komanda oyunu sayəsində buna nail olduq".

"Report"un məlumatına görə, bunu İspaniyada "Atletiko" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "het-trik" edən İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu deyib. 34 yaşlı hücumçu bildirib ki, Çempionlar Liqası xarakter göstərməyin lazım olduğu turnirdir: "Düşünürəm ki, biz bunu edə bildik və artıq doğru yoldayıq. Final barədə danışmaq üçün hələ tezdir, biz addım-addım irəliləmək istəyirik". 

Portuqaliyalı forvard "Yuventus"a məhz belə oyunlarda kömək etmək üçün dəvət olunduğunu bildirib: "Düzdür, "Yuventus" buna qədər bu cür geridönüş edə bilməmişdi. Məni komandaya belə anlarda kömək etmək üçün dəvət ediblər. "Atletiko Madrid" çətin rəqibdir, amma biz gücümüzü göstərdik və haqlı şəkildə növbəti mərhələyə yüksəldik".

Qeyd edək ki, "Yuventus" ilk görüşdə 0:2 hesabı ilə uduzduğu "Atletiko"nu cavab matçında Kriştianu Ronaldunun "het-trik"i sayəsində üstələyib. 

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi