Kriştianu Ronaldu: "Koronavirus testi tamamilə cəfəngiyyatdır"

Kriştianu Ronaldu: "Koronavirus testi tamamilə cəfəngiyyatdır" İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu koronavirus testi ilə bağlı tənqidi paylaşım edib.
Futbol
28 oktyabr 2020 13:53
Kriştianu Ronaldu: Koronavirus testi tamamilə cəfəngiyyatdır
Kriştianu Ronaldu

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu koronavirus testi ilə bağlı tənqidi paylaşım edib.

"Report"un məlumatına görə, portuqaliyalı hücumçu bunu cəfəngiyyat adlandırıb.

Millinin düşərgəsində koronavirusa yoluxan 35 yaşlı forvardın sonradan daha 2 analizinin nəticəsi müsbət çıxıb. Buna baxmayaraq, təcrübəli oyunçu özünü yaxşı və sağlam hiss etdiyini bildirib.

Qeyd edək ki, karantin qaydalarını pozmaqda günahlandırılan Kriştianu Ronaldu UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda İspaniya "Barselona"sı ilə bugünkü oyunu buraxacaq.

Son xəbərlər

Orphus sistemi