Kriştianu Ronaldu Çempionlar Liqasında hər 61 dəqiqəyə 1 qol vurub

Kriştianu Ronaldu Çempionlar Liqasında hər 61 dəqiqəyə 1 qol vurub Bakı. 4 aprel. REPORT.AZ/ İspaniyanın Real Madrid klubunun futbolçusu Kriştianu Ronaldu bu mövsüm Çempionlar Liqasında orta hesabla hər 61 dəqiqəyə 1 qol vurub.
Futbol
4 Aprel , 2018 12:18
Kriştianu Ronaldu Çempionlar Liqasında hər 61 dəqiqəyə 1 qol vurub

Bakı. 4 aprel. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu bu mövsüm Çempionlar Liqasında orta hesabla hər 61 dəqiqəyə 1 qol vurub.

"Report"un "İnStat"a istinadən verdiyi məlumata görə, bu, bütün oyunçular arasında ən yaxşı göstəricidir. İkinci yer "Sevilya"nın forvardı Vissam Ben-Yedderə (75 dəqiqə) məxsusdur.

Ümumilikdə cari mövümün 9 qarşılaşmasında Ronaldu 14 dəfə fərqlənib. Portuqaliyalı hücumçu son 2 qolunu ötən gün İtaliyada "Yuventus"un qapısından keçirib. 1/4 final mərhələsinin ilk oyununa təsadüf edən qollardan ikincisini o, 2,23 metr hündürlüyə tullanaraq, başı üzərindən vurub. Bu göstəricidə şəxsi rekord 2013-cü ildə keçmiş klubu İngiltərə "Mançester Yunayted"i ilə qarşılaşmaya təsadüf edib. Həmin matçda təcrübəli qolçu 2,93 metr hündürlüyə tullanaraq, başla dəqiq zərbə endirib.

Qeyd edək ki, bu mövsüm İspaniya çempionatında Kriştianu Ronaldu 1 qola orta hesabla 96 dəqiqə sərf edib.

Son xəbərlər

Orphus sistemi