KİV: Kriştianu Ronaldu bu gün Turinə uçacaq

KİV: Kriştianu Ronaldu bu gün Turinə uçacaq İtaliyanın Yuventus klubunun futbolçusu Kriştianu Ronaldunun İtaliyaya yollanacağı vaxt açıqlanıb.
Futbol
4 may 2020 16:29
KİV: Kriştianu Ronaldu bu gün Turinə uçacaq

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunun İtaliyaya yollanacağı vaxt açıqlanıb.

"Report"un "Calciomercato"ya istinadən məlumatına görə, koronavirus pandemiyasına görə ölkəsində olan portuqaliyalı hücumçu bu gün Turinə qayıdacaq.

Əvvəlcə 35 yaşlı forvardın şəxsi təyyarəsinin Madriddən Madeyraya uçuşuna qadağa qoyulsa da, sonradan problem həllini tapıb. K.Ronaldunun məhz özünə məxsus hava gəmisi ilə bu gecə İtaliyaya uçacağı gözlənilir.

Qeyd edək ki, "Yuventus" klubu ölkələrində olan legionerlərini Turinə çağırıb. Onları İtaliyaya qayıtdıqdan sonra 2 həftəlik karantin dövrü gözləyir.

Son xəbərlər

Orphus sistemi