Kriştianu Ronaldu antirekorda imza atıb

Kriştianu Ronaldu antirekorda imza atıb Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu antirekorda imza atıb.
Futbol
4356
15 Noyabr , 2021 09:02
Kriştianu Ronaldu antirekorda imza atıb
Kriştianu Ronaldu

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu antirekorda imza atıb.

"Report" "Squawka" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Serbiyaya 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda çərçivəyə zərbə endirə bilməyib.

Təcrübəli forvard karyerasında ilk dəfə mundialların seçmə matçında belə halla üzləşib.

Qeyd edək ki, rəqibinə qalib gələn Serbiya yığması DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Portuqaliya isə pley-offda iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi