Kriştianu Ronaldu 8 il həbs cəzası ala bilər

Kriştianu Ronaldu 8 il həbs cəzası ala bilər Bakı. 31 may. REPORT.AZ/ İspaniyanın Real Madrid klubunun futbolçusu Kriştianu Ronaldu 8 il həbs cəzası ala bilər.
Futbol
31 May , 2018 16:15
Kriştianu Ronaldu 8 il həbs cəzası ala bilər
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu 8 il həbs cəzası ala bilər.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçunu vergidən yayındığına görə, həbs cəzası gözləyir. Portuqaliya yığmasının hücumçusu həbs olunmaması üçün iyunun 15-dək İspaniya vergi orqanlarına 28 milyon avro ödəməlidir.

Təcrübəli forvard 2011 - 2014-cü illərdə 14,7 milyon avronu vergidən yayındırmaqda ittiham olunur. Prokurorluq hesab edir ki, futbolçu biznes-strukturu yaratmaq üçün gəlirlərinin gizlədilməsindən istifadə edib.

Qeyd edək ki, bu gün Zinəddin Zidan "Real Madrid"in baş məşqçi postundan istefa verib. O, qərarının Kriştianu Ronaldu ilə bağlı olmadığını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi