Kriştianu Ronaldu 2026-cı ildəki dünya çempionatında oynamaq istəyir

Kriştianu Ronaldu 2026-cı ildəki dünya çempionatında oynamaq istəyir Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak etmək niyyətindədir.
Futbol
30 Oktyabr , 2021 13:05
Kriştianu Ronaldu 2026-cı ildəki dünya çempionatında oynamaq istəyir

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak etmək niyyətindədir.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən 36 yaşlı hücumçu fiziki durumunun yaxşı olduğunu düşünür.

O, bu səbəbdən DÇ-2026-ya da qatılmağı hədəfləyir. Həmin vaxt onun 41 yaşı olacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu 2006, 2010, 2014 və 2018-ci illərdəki dünya çempionatlarında forma geyinib. Növbəti mundial 2022-ci il 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi