Kristian Eriksenin həyatını xilas edənlər mükafatlandırılıblar

Kristian Eriksenin həyatını xilas edənlər mükafatlandırılıblar Futbol üzrə Danimarka millisinin həkimləri mükafatlandırılıblar.
Futbol
382
26 Avqust , 2021 20:21
Kristian Eriksenin həyatını xilas edənlər mükafatlandırılıblar

Danimarka millisinin kapitanı Simon Kyaer və həkimləri mükafatlandırılıblar.

"Report" xəbər verir ki, Avropa çempionatında Kopenhagendə Finlandiya yığmasına qarşı B qrupunun ilk oyununda (0:1) meydan sahiblərinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən şəxslərə UEFA Prezidenti Mükafatı verilib.

Mükafatı qitə futbol qurumunun rəhbəri Aleksander Çeferin təqdim edib.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 - 2013-cü illərdə "Ayaks"ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi