Kristian Eriksen sabiq komandasında topla məşqlərə başlayıb

Kristian Eriksen sabiq komandasında topla məşqlərə başlayıb Danimarka millisinin və İtaliya "İnter"inin futbolçusu Kristian Eriksen topla məşqlərə başlayıb.
Futbol
1104
2 Dekabr , 2021 19:11
Kristian Eriksen sabiq komandasında topla məşqlərə başlayıb

Danimarka millisinin və İtaliya "İnter"inin futbolçusu Kristian Eriksen topla məşqlərə başlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ölkəsinin "Odense" klubunun gənclər komandasında hazırlıq keçir.

Klubdan bildirilib ki, təcrübəli oyunçunun müraciətindən sonra onun kollektivlə birlikdə məşq etməsinə icazə verilib: "Onun villası bazanın yaxınlığında yerləşir. Eriksen gənclik illərində "Odense"də çıxış edib. Ona məşq etmək imkanı yarada bildiyimiz üçün şadıq".

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2005 - 2009-cu illərdə "Odense"nin şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi