Kramarenkonun komandasında növbəti məşqçi təyinatı

Kramarenkonun komandasında növbəti məşqçi təyinatı Rusiya MOİK-inin sabiq futbolçusu, ötən ilin yanvarından klubda idman məsələləri üzrə baş direktorun müavini vəzifəsində çalışan Aleksey Berezutski bundan sonra məşqçilər heyətində yer alacaq.
Futbol
22 Yanvar , 2021 17:56
Kramarenkonun komandasında növbəti məşqçi təyinatı

Rusiya MOİK-inin sabiq futbolçusu, ötən ilin yanvarından klubda idman məsələləri üzrə baş direktorun müavini vəzifəsində çalışan Aleksey Berezutski bundan sonra məşqçilər heyətində yer alacaq.

"Report" Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, veteran müdafiəçi komandanın baş məşqçisi Viktor Qonçarenkonun köməkçisi təyin olunub.

39 yaşlı mütəxəssisin bu gün MOİK-in İspaniyada davam edən təlim-məşq toplanışına qatılacaq.

Qeyd edək ki, A.Berezutskinin qardaşı Vasili Berezutski də MOİK-in məşqçilər korpusunda yer alır. Bir neçə gün öncə Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko paytaxt klubunda müvafiq vəzifəyə təyinat alıb.

Son xəbərlər

Orphus sistemi