Kramarenkonun komandasında baş məşqçi istefası

Kramarenkonun komandasında baş məşqçi istefası Rusiyanın MOİK komandasının baş məşqçisi Viktor Qonçarenko istefaya göndərilib
Futbol
22 Mart , 2021 15:51
Kramarenkonun komandasında baş məşqçi istefası
Viktor Qonçarenko

Rusiyanın MOİK komandasının baş məşqçisi Viktor Qonçarenko istefaya göndərilib.

"Report" Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.

Belaruslu mütəxəssisi xorvatiyalı İvitsa Oliçin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Viktor Qonçarenko 2016-cı ilin dekabrından MOİK-ə başçılıq edirdi. Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko hazırda paytaxt klubunda müvafiq vəzifəni yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi