Kosovonun futbolçusu: "Biz qələbə üçün gedirik"

Kosovonun futbolçusu: "Biz qələbə üçün gedirik" Bakı. 5 sentyabr. REPORT.AZ/ Qarşıdakı oyuna maksimum hazırlaşdıq, çünki bizim asan rəqibimiz yoxdur.
Futbol
5 Sentyabr , 2018 19:33
Kosovonun futbolçusu: Biz qələbə üçün gedirik

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Qarşıdakı oyuna maksimum hazırlaşdıq, çünki bizim asan rəqibimiz yoxdur".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisi ilə UEFA Millətlər Liqasının ilk oyunu ərəfəsində Kosovo yığmasının kapitanı Samir Uykani ölkəsinin milli assosiasiyasının rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı qapıçı Azərbaycanın yaxşı bir komandaya sahib olduğunu vurğulayıb: "Bu matçda gücümüzü ən yaxşı şəkildə göstərməyə çalışacağıq".

Komandanın yarımmüdafiəçisi Herolind Şala hazırlığın yaxşı şəraitdə baş tutduğunu diqqətə çatdırıb: "Kollektivdə yaxşı əhval-ruhiyyə var və bu, bizə yaxşı nəticə verəcək. Ümid edirəm ki, bizim irəliyə getmək üçün çox yaxşı şanslarımız var".

Kosovo yığmasının digər üzvü Mergim Voyvoda da komandanın hazırlığını yüksək qiymətləndirib: "Azərbaycanla oyuna tam hazırıq. Təbii ki, bu, asan oyun olmayacaq. Lakin biz qələbə üçün gedirik. Yaxşı nəticə qazanmaq üçün hər şeyi edəcəyik".

Bersant Tselina isə yığmada yaxşı atmosferin hökm sürdüyünü və oyunçularda oynamaq üçün böyük bir istəyin olduğunu qeyd edib: "Futbolda hər şey ola bilər. Biz mümkün olduğu qədər yaxşı başlanğıç etmək istəyirik".

Qeyd edək ki, UEFA Millətlər Liqasının D divizionunda keçiriləcək Azərbaycan-Kosovo oyunu sentyabrın 7-si saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi