Kosovo yığmasının futboçusu: "Azərbaycanla oyuna tam hazır olmaq üçün intensiv işləyəcəyik"

Kosovo yığmasının futboçusu: "Azərbaycanla oyuna tam hazır olmaq üçün intensiv işləyəcəyik" Bakı. 4 sentyabr. REPORT.AZ/ Kosovo yığması UEFA Millətlər Liqasında Azərbaycanla keçirəcəyi ilk oyunun hazırlıqlarına başlayıb.
Futbol
4 Sentyabr , 2018 10:39
Kosovo yığmasının futboçusu:  Azərbaycanla oyuna tam hazır olmaq üçün intensiv işləyəcəyik

Bakı. 4 sentyabr. REPORT.AZ/ Kosovo yığması UEFA Millətlər Liqasında Azərbaycanla keçirəcəyi ilk oyunun hazırlıqlarına başlayıb. 

“Report” Kosovo mətbuatına istinadən xəbər verir ki, Bernard Şallanın rəhbərlik etdiyi kollektiv milli assosiasiyanın mərhum prezidenti Fadil Vokkrinin adını daşıyan Priştinadakı stadionda ilk məşqinə çıxıb.

Hazırlıq prosesində sonra komandanın bəzi üzvləri qarşıdakı matçlarla bağlı fikirlərini bölüşüblər. Hollandiyanın "Herenven" klubunda çıxış edən Arber Zeneli Azərbaycan millisi ilə oyuna intensiv hazırlaşdıqlarını deyib: “İlk məşqimiz çox yaxşı keçdi. Tədricən daha da uyğunlaşırıq. Azərbaycanla oyuna tam hazırlaşmaq üçün bu günlər ərzində intensiv işləyəcəyik”.

Türkiyənin “Rizespor” komandasının qapısını qoruyan Samir Uykani "Fadil Vokkri" stadionunda məşq etməyin komanda üçün xoş olduğunu bildirib. O, millinin düşərgəsindəki ab-havadan razılıq ifadə edərək, qarşıdakı matçlarda uğurlu nəticə qazanacaqlarına əminliyini vurğulayıb.

Rusiyanın “Axmat” komandasının formasını geyinən Bernard Berişa da müsbət nəticələr əldə etmək istədiklərini söyləyib: “Nəhayət, öz evimizdə, əfsanəvi Fadil Vokkrinin adını daşıyan stadiondayıq. İlk məşqdə yaxşı işlədik. Hesab edirəm ki, hamımız müsbət nəticələr qazanmaq istəyirik”.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Kosovo oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi