Kosovo təmsilçisi avrokubok matçına müvəqqəti komanda ilə çıxacaq

Kosovo təmsilçisi avrokubok matçına müvəqqəti komanda ilə çıxacaq Kosova "Priştina"sı UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin "Linkoln"la (Cəbəllütariq) oyununa müvəqqəti icrəyə götürdüyü futbolçularla çıxacaq.
Futbol
21 Avqust , 2020 19:12
Kosovo təmsilçisi avrokubok matçına müvəqqəti komanda ilə çıxacaq

Kosovo "Priştina"sı UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin "Linkoln"la (Cəbəllütariq) oyununa müvəqqəti icrəyə götürdüyü futbolçularla çıxacaq.

"Report"un məlumatına görə, bu barədə klubun idman direktoru Qrabit Beqolli "Anadolu" agentliyinə açıqlamasında deyib.

O bildirib ki, 8 oyunçuda koronavirus aşkarlandıqdan sonra karantinə alınan komanda üzvlərini sözügedən matçda yerli klublardan 1 oyunluğuna heyətə qatılan futbolçular əvəzləyəcək. "Priştina" rəsmisi həmin oyunçuların əksəriyyətinin əvvəllər bu komandada oynadığını vurğulayıb.

Beqolli bu işdə onlara kömək edən "Feronikeli", "Lapi", "Trepça 89", "Flamurtari" "Balkani", "Drenşka" və "Vuşştria" klublarına təşəkkür edib.

Qeyd edək ki, "Linkoln" - "Priştina" oyun avqustun 18-də keçirilməli idi. Koronavirus səbəbindən təxirə salınan qarşılaşma sabah baş tutacaq.

Son xəbərlər

Orphus sistemi