Koronavirusun qurbanları: "Qarabağ" 1-ci, "Neftçi" 2-cidir - ARAŞDIRMA

Koronavirusun qurbanları: "Qarabağ" 1-ci, "Neftçi" 2-cidir - ARAŞDIRMA Koronavirus pandemiyası futbolçuların transfer qiymətlərinə də mənfi təsir göstərib.
Futbol
15 Aprel , 2020 16:19
Koronavirusun qurbanları: Qarabağ 1-ci, Neftçi 2-cidir - ARAŞDIRMA

Koronavirus pandemiyası futbolçuların transfer qiymətlərinə də mənfi təsir göstərib.

“Report”un "Transfermarkt"a istinadən verdiyi məlumata görə, bunun nəticəsində klubların heyət baxımından dəyəri azalıb. 

Ən çox itkiyə məruz qalan komanda “Qarabağ”dır. Pandemiyaya qədər heyətinin dəyəri 14,325 milyon avro olan Ağdam təmsilçisi 2 milyon 650 min avro itirib. Komandanın hazırkı dəyəri 11 milyon 675 min avrodur.

İkinci sırada “Neftçi” qərarlaşıb. Əvvəlki dəyəri 11 milyon 700 min avro olan paytaxt klubunun pandemiya dövründəki itkisi 2 milyon 125 min avrodur. “Ağ-qaralar”ın heyətinin indiki dəyəri 9 milyon 575 min avro təşkil edir.

Ümumilikdə 8 klubun əvvəlki dəyəri 68,305 milyon avro idisə, indi bu rəqəm 59,35 milyon avrodur. Başqa sözlə, Azərbaycan klubları ümumi dəyərini 8,955 milyon avro itirib.
 

Premyer Liqada çıxış edən bütün klubların hazırkı dəyəri:

1.“Qarabağ” – 11,675 milyon avro (14,325 milyon avro)

2. “Neftçi” – 9,575 milyon avro (11,7 milyon avro)

3. “Keşlə” - 6,3 milyon avro (6,925 milyon avro)

4. “Sumqayıt” – 5,925 milyon avro (6,375 milyon avro)

5. “Zirə” 7,3 milyon avro (8,23 milyon avro)

6. “Sabah” - 8,325 milyon avro (9,525 milyon avro)

7. “Səbail” – 5,525 milyon avro (6,275 milyon avro)

8. “Qəbələ” – 4,725 milyon avro (4,95 milyon avro)

Qeyd edək ki, mötərizədəki rəqəmlər klubların pandemiyadan əvvəlki dəyərini göstərir.

Son xəbərlər

Orphus sistemi