Koronavirusa yoluxmuş Azərbaycan futzalçılarının komandaya qoşulacağı vaxt açıqlanıb

Koronavirusa yoluxmuş Azərbaycan futzalçılarının komandaya qoşulacağı vaxt açıqlanıb Yığma bu gün sonuncu görüş üçün Amsterdama yola düşəcək və orada ilk məşqini keçirəcək
Futbol
27 Yanvar , 2022 11:27
Koronavirusa yoluxmuş Azərbaycan futzalçılarının komandaya qoşulacağı vaxt açıqlanıb

Koronavirusa yoluxmuş Azərbaycan millisinin futzalçıları Rövşən Hüseynli və Qallonun komandaya qoşulacağı vaxt açıqlanıb.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hər iki oyunçu yanvarın 28-də düşərgədə olacaq.

Onlar bu gecə sonuncu karantin gününü basa vuracaqlar. Həmin futzalçıların PCR testi yanvarın 22-də pozitiv çıxıb.

Yığma bu gün sonuncu görüş üçün Amsterdama yola düşəcək və orada ilk məşqini keçirəcək.

Qeyd edək ki, hazırda qrupda 1 xalla üçüncü olan Azərbaycan seçməsi sonuncu matçını yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.

Son xəbərlər

Orphus sistemi