Koronavirusa yoluxmada artım Azərbaycan Premyer Liqasına təsir edə bilər

Koronavirusa yoluxmada artım Azərbaycan Premyer Liqasına təsir edə bilər “Püşkatmadan əvvəl AFFA prezidenti Rövnəq Abdullayev soruşdu ki, “Qarabağ”ın Çempionlar Liqası oyunundan sonra sırf o matçla bağlı koronavirusa yoluxma sayında artım olubmu? Bunun özü xəbərdarlıqdır”.
Futbol
15 iyul 2022 12:18
Koronavirusa yoluxmada artım Azərbaycan Premyer Liqasına təsir edə bilər

“Püşkatmadan əvvəl AFFA prezidenti Rövnəq Abdullayev soruşdu ki, “Qarabağ”ın Çempionlar Liqası oyunundan sonra sırf o matçla bağlı koronavirusa yoluxma sayında artım olubmu? Bunun özü xəbərdarlıqdır”.

"Report"un məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün püşkatma mərasimində deyib.

Musayev bildirib ki, yoluxmanın artması futbola da təsir edə bilər. “Koronavirusla bağlı böhran yaransa, buna hazırıq. Bu baxımdan, artıq təcrübəmiz var. Gündən-günə yoluxma sayı artır. İyulun 19-da “Qarabağ”ın avrokubok matçı var. Operativ Qərargah nə qərar versə, ona əməl etmək bizim borcumuzdur”.

Son xəbərlər

Orphus sistemi