Koronavirusa yoluxan federasiya prezidenti öldü

Koronavirusa yoluxan federasiya prezidenti öldü Boliviya Futbol Federasiyasının (FBF) prezidenti Sesar Salinas dünyasını dəyişib.
Futbol
20 İyul , 2020 10:52
Koronavirusa yoluxan federasiya prezidenti öldü
Sesar Salinas

Boliviya Futbol Federasiyasının (FBF) prezidenti Sesar Salinas dünyasını dəyişib. 

"Report" FBF-in rəsmi "Twitter" səhifəsinə instinadən xəbər verir ki, funksioner 59 yaşında vəfat edib.

Salinasın ölüm səbəbi açıqlanmayıb, lakin ötən həftə onun sabiq klubu "Strongest" funksionerin koronavirusa yoluxduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi