Koronavirus Premyer Liqa klublarının transferlərinə təsir etdi

Koronavirus Premyer Liqa klublarının transferlərinə təsir etdi İngiltərə Premyer Liqasında çıxış edən klublar 2012-ci ildən sonra ilk dəfə qış transfer dönəmində futbolçu transferlərinə az pul xərcləyiblər.
Futbol
2 Fevral , 2021 14:46
Koronavirus Premyer Liqa klublarının transferlərinə təsir etdi

İngiltərə Premyer Liqasında çıxış edən klublar 2012-ci ildən sonra ilk dəfə qış transfer dönəmində futbolçu transferlərinə az pul xərcləyiblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu, koronavirus pandemiyasına görə yaranan böhran və Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə əlaqədardır.

Klublar 9 ildən sonra ilk dəfə transferlərə 100 milyon fund-sterlinqdən (113 milyon avro) az məbləğ ödəyiblər.

Oktyabrın əvvəlində bitən yay transfer pəncərəsində Premyer Liqa təmsilçiləri transferlər üçün 1,24 milyard fund-sterlinq ödəniş etmişdi. Bu isə əvvəlki illə müqayisədə 158 milyon azdır.

Son xəbərlər

Orphus sistemi