Koronavirus futbolçularda depressiya əlamətlərini iki dəfə artırıb - SORĞU

Koronavirus futbolçularda depressiya əlamətlərini iki dəfə artırıb - SORĞU Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) koronavirus pandemiyasına görə yaranmış fasilənin futbolçuların psixologiyasına təsirini araşdırıb.
Futbol
20 Aprel , 2020 20:49
Koronavirus futbolçularda depressiya əlamətlərini iki dəfə artırıb - SORĞU

Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) koronavirus pandemiyasına görə yaranmış fasilənin futbolçuların psixologiyasına təsirini araşdırıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam Universiteti ilə birgə keçirdiyi sorğunun nəticəsinə əsasən, hazırkı durumunun oyunçularda depressiya əlamətlərini 2 qat artırdığı məlum olub.

Sorğuda 1 134 qadın və 468 kişi olmaqla, ümumilikdə 1 602 peşəkar futbolçu iştirak edib. 22 mart - 14 aprel tarixlərində 16 ölkədə keçirilən araşdırma nəticəsində kişilərin 13, qadınların isə 16 faizində depressiya ələmətləri üzə çıxıb.

Məlumatda həmin idmançıların gələcək karyeraları ilə bağlı narahatlıq olduğu bildirilib.

Qeyd edək ki, pandemiyaya qədər kişi futbolçularda bu göstərici 6 faiz, qadın oyunçularda isə 11 faiz təşkil edirdi.

Son xəbərlər

Orphus sistemi