Koronavirus Bundesliqa klublarının bir qismini müflis edə bilər

Koronavirus Bundesliqa klublarının bir qismini müflis edə bilər Bundesliqanın 36 komandasından 13-ü koronavirusa görə müflis ola bilər.
Futbol
4 Aprel , 2020 06:16
Koronavirus Bundesliqa klublarının bir qismini müflis edə bilər

Bundesliqanın 36 komandasından 13-ü koronavirusa görə müflis ola bilər.

“Report” xəbər verir ki, bu barədə “Kicker” bildirib.

Məlumata görə, əgər oyunlar maya qədər yenilənməsə, ikinci Bundesliqanın yeddi klubu müflisləşə bilər. Daha iki klubun iyunda müflis olub sıradan çıxmaq ehtimalı mövcuddur. 

Birinci Bundesliqada isə bu təhlükə dörd komandanı gözləyir. Bir klub mayda, üç komanda isə iyunda müflis olmaq riski ilə üzləşib. 

COVID-19 infeksiyası riskinə görə bütün dünyada idman tədbirləri kütləvi şəkildə təxirə salınıb və ya ləğv edilib.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi