“Kopenhagen”in baş məşqçisi: "Qarabağ"dan belə oyun gözləyirdim"

“Kopenhagen”in baş məşqçisi: "Qarabağ"dan belə oyun gözləyirdim" Stole Solbakken: "Nəticədən narazıyam"
Futbol
15 Avqust , 2017 22:59
“Kopenhagen”in baş məşqçisi: Qarabağdan belə oyun gözləyirdim
"Report"

Bakı. 15 avqust. REPORT.AZ/ “Nəticədən narazıyam. Oyunun son yarım saatı ürəyimcə olmadı. "Qarabağ"dan belə oyun gözləyirdim. Son 30 dəqiqədə “Qarabağ”ın üstünlüyü vardı”.

"Report"un məlumatına görə, bunu Danimarka “Kopenhagen”inin baş məşqçisi Stole Solbakken Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının ilk pley-off matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinə cavab görüşündə qol vurmaq imkanı yaratmayacaqlarını bildirib: "Nəticə bizim üçün yaxşı deyil. Bu nəticədən sonra “Qarabağ” az da olsa, favoritdir. Amma cavab oyunda ilk qolu biz vursaq, vəziyyət dəyişə bilər. “Qarabağ” qol vursa, daha yaxşı üstünlük əldə edəcək. Amma buna imkan verməməyə çalışacağıq".

Solbakken “Qarabağ”ın azarkeş dəstəyi sayəsində qələbə qazandığını da vurğulayıb: "Əlbəttə, bu, böyük oyun idi. Azarkeşlərin dəstəyi hiss olunurdu. Məncə, “Qarabağ” onların sayəsində qələbə qazandı".

Son xəbərlər

Orphus sistemi