Konte mövsümün sonunda "Çelsi"ni tərk etmək niyyətindədir

Konte mövsümün sonunda "Çelsi"ni tərk etmək niyyətindədir İtaliyalı mütəxəssis İtaliyaya qayıtmaq fikrindədir
Futbol
2 Oktyabr , 2017 01:18
Konte mövsümün sonunda Çelsini tərk etmək niyyətindədir

Bakı. 2 oktyabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Antonio Konte cari mövsümün sonunda komandanı tərk etmək niyyətindədir.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis İtaliyaya qayıtmaq fikrindədir.

Bildirilir ki, bu mövsümün əvvəlində "Çelsi"ni tərk etməyə yaxın olan Konte klubun transfer siyasətindən narazıdır.

48 yaşlı mütəxəssis ingilis klubuna 2016-cı ildən rəhbərlik edir. O, ötən mövsüm "aristokratlar"ı İngiltərə çempionu edib.

Son xəbərlər

Orphus sistemi