Konfrans Liqasında yarımfinal oyunları keçiriləcək

Konfrans Liqasında yarımfinal oyunları keçiriləcək Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Futbol
28 Aprel , 2022 07:45
Konfrans Liqasında yarımfinal oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

"Report"un məlumatına görə, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i Niderlandda "Feyenoord"la üz-üzə gələcək. Görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək.

Gecənin digər matçında İtaliya "Roma"sı İngiltərədə "Lester"in qonağı olacaq. "Lester Siti" stadionundakı qarşılaşmanın baş hakimi ispaniyalı Karlos del Serro olacaq.

UEFA Konfrans Liqası, yarımfinal

İlk oyunlar

28 aprel

23:00. "Feyenoord" (Niderland) - "Marsel" (Fransa)

Baş hakim: Maykl Oliver (İngiltərə)

23:00. "Lester" (İngiltərə) - "Roma" (İtaliya)

Baş hakim: Karlos del Serro (İspaniya)

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 5-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi