Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
"Report"un məlumatına görə, 8 cavab qarşılaşması baş tutacaq.
Azərbaycan çempionu "Qarabağ" Belçikada "Gent"in qonağı olacaq. "Köhlən atlar" Bakıdakı ilk oyunda minimal hesablı qələbə qazanıb - 1:0
Türkiyədə "Bazel"ə eyni hesabla qalib gələn "Trabzonspor" İsveçrədən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları
23 fevral
21:45. “CFR Kluj” (Rumıniya) - “Latsio” (İtaliya)
İlk oyun - 0:1
21:45. “Dnepr-1” (Ukrayna) - AEK (Larnaka, Kipr)
İlk oyun - 0:1
21:45. “Partizan” (Serbiya) - “Şerif” (Moldova)
İlk oyun - 1:0.
21:45. “Anderlext” (Belçika) - “Ludoqorets” (Bolqarıstan)
İlk oyun - 0:1
00:00. “Gent” (Belçika) - “Qarabağ” (Azərbaycan)
İlk oyun - 0:1
00:00. “Bazel” (İsveçrə) - “Trabzonspor” (Türkiyə)
İlk oyun - 0:1
00:00. “Lex” (Polşa) - “Budo Qlimt” (Norveç)
İlk oyun - 0:0
00:00. “Fiorentina” (İtaliya) - “Braqa” (Portuqaliya)
İlk oyun - 4:0