Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə Azərbaycan təmsilçiləri "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də potensial rəqibləri müəyyənləşəcək.
II raundda İsrail "Aşdod"u ilə üz-üzə gələcək Ağdam klubu səpələnmişlər səbətində qərarlaşıb. Serbiya "Çukariçki"si ilə cütlük təşkil edən "gənclik şəhəri" təmsilçisi və Rusiya "Soçi"si ilə qarşılaşacaq "Keşlə" isə səpələnməmişlər sırasındadır.
Konfrans Liqası
Əsas yol
III təsnifat mərhələsi
1-ci qrup
Səpələnmişlər
“Arda” (Bolqarıstan) – “Hapoel” (Beyer-Şeva, İsrail)
“Dinamo” (Batumi, Gürcüstan) - BATE (Belarus)
“Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya)
“Astana” (Qazaxıstan) – “Aris” (Yunanıstan)
Səpələnməmişlər
"Soçi" (Rusiya) - "Keşlə" (Azərbaycan)
5-ci qrup
Səpələnmişlər
“Apollon” (Kipr) – “Jilina” (Slovakiya)
“Suduva” (Litva) – “Rakov” (Polşa)
“Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya)
“Kopenhagen” (Danimarka) – “Torpedo-Belaz” (Belarus)
Səpələnməmişlər
“Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan)
6-cı qrup
Səpələnmişlər
“Qarabağ” (Azərbaycan) - “Aşdod” (İsrail)
Səpələnməmişlər
AEL (Kipr) – “Vlajnia” (Albaniya)
“Panevejis” (Litva) – “Voyvodina” (Serbiya)
“Poqon” (Polşa) – “Osiyek” (Xorvatiya)
“Spartak” (Trnava, Slovakiya) – “Sepsi” (Rumıniya)
Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq.