Konfrans Liqası: "Sabah" "Partizan"ı, "Neftçi" "Beşiktaş"ı qəbul edəcək

Konfrans Liqası: "Sabah" "Partizan"ı, "Neftçi" "Beşiktaş"ı qəbul edəcək "Sabah" və "Neftçi" klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
Futbol
10 avqust 2023 04:00
Konfrans Liqası: Sabah Partizanı, Neftçi Beşiktaşı qəbul edəcək

"Sabah" və "Neftçi" klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

"Report"un məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşacaq. "Bank Respublika Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

"Ağ-qaralar" isə bu raundun ilk duelində Türkiyə nəhəngi "Beşiktaş"ı sınağa çəkəcək. "Neftçi Arena"da oynanılacaq görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
10 avqust

20:00. "Sabah" (Azərbaycan) - "Partizan" (Serbiya)
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
"Bank Respublika Arena"

21:00. "Neftçi" (Azərbaycan) - "Beşiktaş" (Türkiyə)
Baş hakim: Lukas Fandrix (İsveçrə)
"Neftçi Arena"

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi