Konfrans Liqası: "Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri bəlli olub

Konfrans Liqası: "Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri bəlli olub UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Futbol
21 iyun 2023 11:25
Konfrans Liqası: Sabah, Neftçi və Qəbələnin rəqibləri bəlli olub

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.

Bu raundda "Neftçi" "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi, "Qəbələ" "Omoniya" (Kipr), "Sabah" isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Bakı klubları ilk matçlarını səfərdə, əyalət təmsilçisi isə evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi