Konfrans Liqası: "Roma" bütün oyunlarda qol vurub

Konfrans Liqası: "Roma" bütün oyunlarda qol vurub İtaliya "Roma"sı UEFA Konfrans Liqasındakı bütün oyunlarında fərqlənməyi bacaran yeganə komanda olub.
Futbol
26 May , 2022 10:35
Konfrans Liqası: Roma bütün oyunlarda qol vurub

İtaliya "Roma"sı UEFA Konfrans Liqasındakı bütün oyunlarında fərqlənməyi bacaran yeganə komanda olub.

"Report"un məlumatına görə, Joze Mourinyonun baş məşqçi olduğu kollektiv cari avrokubok mövsümündə 15 görüş keçirib. "Canavarlar" finalda Niderland "Feyenoord"unu minimal hesabla yenib - 1:0. Albaniyanın paytaxtı Tiranadakı Milli Stadionda oynanılmış qarşılaşmada yeganə qolu 32-ci dəqiqədə Nikolo Zanyolo vurub.

Qeyd edək ki, "Roma" İtaliya A Seriyasında 6-cı yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi