"Qəbələ" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, "qırmızı-qaralar" Macarıstanda "Fehervar"ın qonağı olub. "MOL Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Hesabı 16-cı dəqiqədə Elmar Baxşıyevin baş məşqçi olduğu komanda açıb. Rafael Utziq sağ cinahdan cərimə meydançasına asmanı dəqiq zərbə ilə qapıdan keçirib. Meydan sahibləri 30-cu dəqiqədə Kenan Kodronun qolu ilə tarazlığı bərpa ediblər.
İlk hissənin sonlarına doğru "Qəbələ"nin futbolçusu İlkin Qırtımov ağır zədə alıb. Rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb. Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. "Qırmızı-qaralar"ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib. Futbolçu meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.
İlk yarı 1:1 hesablı heç-heçə ilə bitib. Adrian Rus 67-ci dəqiqədə qonaqları 2-ci dəfə meydanın mərkəzinə dəvət edib. 79-cu dəqiqədə isə Kodro 3-cü topu "Qəbələ"nin qapısından keçirib. 86-cı dəqiqədə "qırmızı-qaralar" azlıqda qalıblar. Müdafiəçi Murad Musayev kobud oyundan sonra ikinci sarı vərəqə ilə meydandan qovulub. 4 dəqiqə sonra isə Budu Zivzivadze oyunda son nöqtəni qoyub.
Komandalar arasında cavab matçı iyulun 28-də Qəbələdə olacaq.
Qeyd edək ki, bu cütün III təsnifat mərhələsindəki potensial rəqibləri olan Moldovanın "Petrokub-Hinçesti" və Albaniyanın "Laçi" klublarının oyununda hesab açılmayıb.
"Qəbələ" Macarıstanda "Fehervar"a qarşı keçirdiyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda 3-cü qolu buraxıb.
"Report"un məlumatına görə, Kenan Kodro 79-cu dəqiqədə dublunu rəsmiləşdirib - 3:1.
Macarıstanda "Fehervar" və "Qəbələ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab dəyişib.
"Report"un məlumatına görə, meydan sahiblərinin müdafiəçisi Adrian Rus 67-ci dəqiqədə qonaqları 2-ci dəfə meydanın mərkəzinə dəvət edib - 2:1.
Macarıstanda "Fehervar" və "Qəbələ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
"Report"un məlumatına görə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Macarıstanda "Fehervar" və "Qəbələ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
"Report"un məlumatına görə, "qırmızı-qaralar"ın futbolçusu Rafael Utziq komandasını önə çıxarıb.
Braziliyalı hücumçu 16-cı dəqiqədə fərqlənib.