Konfrans Liqası: "Qarabağ" və "Neftçi"nin matçlarına təyinatlar açıqlanıb

Konfrans Liqası: "Qarabağ" və "Neftçi"nin matçlarına təyinatlar açıqlanıb "Qarabağ" və "Neftçi" klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb.
Futbol
13 Avqust , 2021 13:30
Konfrans Liqası: Qarabağ və Neftçinin matçlarına təyinatlar açıqlanıb

"Qarabağ" və "Neftçi" klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisinin Tofiq Bəhramov adına Respublika stadionunda Şotlandiya təmsilçisi "Aberdin"ə qarşı görüşünü sloveniyalı Rade Obrenoviç idarə edəcək. Ona yan xətt hakimləri Yure Prorotnik və Aleksandr Kasapoviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Asmir Saqrkoviç yerinə yetirəcək.

"Ağ-qaralar"ın "Bakcell Arena"da İsrailin "Makkabi" (Hayfa) komandası ilə keçirəcəyi görüşdə isə ədaləti fransalı Uilli Delajod qoruyacaq. Laysmanlar Mehdi Rəhmani, Ervan Kristof Fincin, dördüncü hakim isə Tomas Leonard olacaq.

Qeyd edək ki, Azərbaycanın hər iki təmsilçisi pley-off-da ilk oyunlarını avqustun 19-da Bakıda keçirəcək.

Son xəbərlər

Orphus sistemi